Tokioda Azərbaycan haqqında təqdimat böyük maraqla qarşılanıb
ARANTV.AZ xəbər verir ki, son illər Azərbaycanın digər ölkələrlə əlaqələrinin sürətli inkişafı dünyanın ölkəmizə olan marağını daha da artırıb. Bu fikir Tokionun Çuo Universitetində Azərbaycan haqqında keçirilən təqdimatda səsləndirilib. Tədbirdə ölkəmiz haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, “Azərbaycan Xalq Cümhuriyyəti ili” ilə əlaqədar dünyanın bir çox ölkələri, o cümlədən Yaponiyada tədbirlər təşkil edilib. Təqdimatda ölkələrimiz arasında əlaqələrin getdikcə möhkəmləndiyi vurğulanıb. O da diqqətə çatdırılıb ki, azərbaycanlılar çox mehriban, qonaqpərvər və istiqanlı bir xalqdır. Həmçinin bildirilib ki, Azərbaycan yaponlar üçün viza rejimini çox sadələşdirib və ölkəmizə səyahət imkanları genişlənib.

