Sosial 

Boşanmalar artır: Aliment Fondu yaradıla bilər

“Pandemiyadan qabaq Azərbaycan cəmiyyətində aparılmış bir tədqiqatın nəticəsinə görə, cihad adıyla Suriya və İraqa gedənlərə haqq qazandıranlar arasında gənclər üstünlük təşkil edir. Hər 100 gəncdən (18-29 yaş) 30-u dindarların siyasi partiyalarda birləşməsini məqbul hesab edir”.

ARANTV.AZ  xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisdə Ombudsmanın hesabatına münasibət bildirərkən deyib. O təklif edib ki, bu rəqəmlərdən çıxış edərək məruzədə Suriyada münaqişənin girovuna çevrilən vətəndaşların ölkəmizə qaytarılması ilə əlaqədar çağırışa ehtiyatlı yanaşma, hərətərəfli araşdırılma ilə qərar verilməsini zəruri hesab edir.

Deputat həmçinin məruzədə cəmiyyətimizdə sayı artan boşanmalar fonunda Aliment Fondunun yaradılması təklifini himayəsində azyaşlı uşaqları olan anaların sosial yükünün azaldılması yönündə müsbət ideya kimi dəyərəndirib və sonradan borcludan məcburi qaydada alınmasını da düzgün yanaşma olduğunu vurğulayıb.

Daha çox xəbərlər