Dünya 

Azərbaycanlının adını daşıyan Rusiya aeroportunda iki təyyarə toqquşdu – FOTO/VİDEO

Rusiyanın Fərman Salmanov adına Surqut hava limanında mühərrikləri sərbəst şəkildə işə düşən ATR-72 təyyarəsi öz-özünə sürüşərək dayanacaqda park edilmiş Yak-40 ilə toqquşub.

Gazeta.ru-nun məlumatına görə, bu barədə RF İstintaq Komitəsinin Ural İstintaq İdarəsi məlumat verib.

Hadisənin təyyarələrə texniki baxış zamanı baş verdiyi qeyd edilir.

Hadisə vaxtı təyyarənin göyərtəsində sərnişin olmayıb, xəsarət alan yoxdur, lakin laynerlərə ciddi zərər dəyib.

Ural Nəqliyyat Prokurorluğu baş verənlərə səbəb kimi ATR-72 təyyarəsinin əyləc sisteminin sıradan çıxmasını göstərib.

 

Daha çox xəbərlər