Şəhidin məzarı ziyarət edilib
04.05.2021-ci il tarixində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı aparatının 1-ci müavini Natiq Nağıyev, YAP Gədəbəy rayon Təşkilatının sədri Rüstəm Nağıyev,YAP Gədəbəy rayon təşkilatı Gənclər Birliyi , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin rəisi Polkovnik –leytenant Süleymanlı Eldəniz, Gədəbəydən seçilmiş Milli Məclisin Deputatlarının köməkçiləri – İsmayılov Elxan və İsmayılov Elşad, Gədəbəy rayonunda yerləşən “N” saylı Hərbi Hissənin zabit və əsgərləri, Gədəbəy rayonundan olan qazilər, eləcədə rayon ictimayyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canlarından keçən Şəhidlərimiz – rayonun Maarif kənd sakini 29 yaşlı Məmişov Tural Tələt oğlu və Novoivanovka kənd sakini 25 yaşlı Allahverdiyev Turxan Rəsul oğlunun doğum günü münasibətilə məzarları ziyarət olunub, məzarlarına tər güllər düzüblər. ARANTV.AZ xəbər verir ki, Şəhid ailələri ilə söhbətlər aparılıb, onların qayğı və problemləri dinlənilib.
Şəhid ailələri onlara göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidenti,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, rayon rəhbərliyinə öz dərin təşəkkürlərini bildiriblər.












