Siyasət 

Laqodexidə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib

ARANTV.AZ xəbər verir ki, 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Gürcüstanda silsilə tədbirlər keçirilir.

Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Gürcüstanın paytaxtı ilə yanaşı, regionlarında da tədbirlər keçirilir. Laqodexi rayonunda təşkil olunan tədbirdə şəhidlərin xatirəsi ehtiramla anıldı. Sonra 20 Yanvar hadisələrinə dair film nümayiş olundu. Laqodexi şəhərinin meri Condo Didioşvili bildirdi ki, 1990-cı ilin “20 yanvar” hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov 1990-cı il yanvarın 20-də baş verən hərbi təcavüzün insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu qeyd etdi. Hadisələrin kökündə Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizənin dayandığını bildirdi. Bu faciəyə ilk dəfə siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi diqqətə çatdırıldı.

Daha çox xəbərlər