Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
İSLAM

İslam ordusunun ayağı dəyməyən müsəlman ölkəsi

By Vüsal Rafiqoğlu
14.04.2021 3 Min Read

Cənub-Şərqi Asiyada yerləşən və dünyanın ən iri ada-dövləti sayılan İndoneziya həm də müsəlman əhalinin sayına görə dünya ölkələri siyahısına liderlik edir.

Rəsmi məlumata görə, ölkənin müsəlman əhalisinin sayı 280 milyon nəfərə yaxındır, heç bir başqa ölkədə bu qədər müsəlman yaşamır.

İndoneziya XV əsrə kimi induistlərin vətəni sayılırdı, Hindistan və Çin təsiri burada aydın duyulurdu. 1400-cü illərdən etibarən İndoneziya torpaqlarında İslam dini yayılmağa başladı. Bu baxımdan da ölkə xüsusi özəlliyə sahibdir. Belə ki, digər bölgələrdən fərqli olaraq, İndoneziyaya müsəlman əsgərin ayağı dəyməyib, buralar hərbi yolla fəth edilməyib. İndoneziyada İslamın yayılması müsəlman təbliğatçılara (mübəlliğlərə) və tacirlərə borcludur.

Rəvayətə görə, ölkə əhalisinin İslam dini ilə tanışlığı orta əsrlərdə bura səfər etmiş bir müsəlman tacirin sayəsində baş tutmuşdu. Tacir öz şagirdi ilə birlikdə İndoneziyada parça satışına başlayır. Bir gün özü dükanda olmayanda yerli induist əhalidən bir nəfər parça almağa gəlir. Tacirin şagirdi səhv üzündən ucuz parçanı baha qiymətə satır. Tacir qayıdıb məsələdən xəbər tutanda narahat olur və alıcını axtarmağa başlayır. Nəhayət, bəzi əlamətlərə görə onu tapır, üzrxahlıq edib pulun qalığını qaytarır, halallıq istəyir. Alıcı onun düzgünlüyündən heyrətə düşür və tacirin kimliyi ilə maraqlanır, halallıq anlayışının mənasını soruşur. Satıcı ona İslam dini haqqında ilkin məlumatı verir. Müsəlman tacirin düzgünlüyünün xəbəri şəhərə yayılır. İnsanlar bu rəftardan heyrətə gəlib tacirin görüşünə axışırlar və İslam dinini qəbul edirlər. Beləcə, İndoneziyada İslam dininin ilk ardıcılları ortaya çıxır…

Digər məlumata görə, İndoneziyaya İslam dinini müxtəlif ölkələrdən gəlmiş doqquz nəfər müsəlman gətirmişdir. Təqribən 1400-cü ildə Asiya və Afrikanın müsəlman məmələkətlərindən bura səfər etmiş həmin şəxsləri yerli əhali “valisonqo”, yəni “doqquz övliya” adı ilə xatırlayır. Valisonqo İslam dinini təbliğ etmək üçün özünəməxsus metodlardan istifadə edirdi. Onlar induizm dininin bütün elementlərini rədd etmirdilər, əksinə, İslamın göstərişlərini induizm ənənələri ilə sintez edərək xalqa çatdırırdılar. Bu yolda müxtəlif üsullardan – nəğmələrdən, süjetli tamaşalardan, sufi təlimindən istifadə edilirdi. İndoneziyada İslam dini əsasən şəxsi nümunə əsasında, əxlaqi normaların həyata tətbiqi fonunda yayılırdı. Dərin mənəvi dəyərlər sadə postulatlar formasında təlqin edilirdi. Bunun sayəsində xalq öz keçmiş inancından mərhələli şəkildə və könüllü surətdə uzaqlaşır, İslama zidd olan əqidəni unudur, İslamı öz milli ənənəsi kimi rahatlıqla qəbul edirdi.

İslamın bu cür özünəməxsus təbliğini İndoneziyadakı müsəlman memarlıq abidələrində də izləmək mümkündür. Demak əyalətinin Bintoro kəndindəki qədim məscid İndoneziyanın müsəlman tarixində xüsusi yer tutur. Bu məscidi valisonqo ilə bağlayırlar, rəvayətə görə doqquz övliya məhz burada görüşüb məşvərət edirmiş. Məscidin tikilmə tarixini maraqlı üsulla təyin edirlər. İbadət ocağının divarında İndoneziyanın okean sularında yaşayan bullus adlandırılan Java tısbağasının şəkli nəqş edilib. Şəklə verilən interpretasiyaya görə, tısbağanın başı 1 rəqəmini, dörd ayağı 4 rəqəmini, dairəvi bədəni sıfırı, quyruğu da 1-i ifadə edir. Beləliklə, tısbağa obrazı 1401 ədəini göstərir. Bu, məscidin tikilmə tarixi kimi qəbul edilir. İndoneziyanın qədim məscidlərinin memarlıq quruluşunda yerli ənənələr aşkar sezilir. Haqqında danışılan məscid də daxil olmaqla əksər məscidlərin tavanı günbəz deyil, piramida formasındadır. Piramidalar bəzən bir neçə qatlı (mərtəbəli) olur. Piramidanın üç tini İman, İslam və İhsan anlayışlarının simvolu sayılır; bu da sufi ənənəsinə uyğundur.

İndoneziyanin qədim məscidlərindən olan Menara Kudus məscidi də quruluş etibarilə daha çox induist məbədini xatırladır. Ənənəvi məscid şəklində deyil, qüllə (minarə) şəklində ucaldılmış məscidin üst mərtəbəsindəki təbillərdən azan vaxtı insanları namaza çağırmaq üçün istifadə edilirdi.

İndoneziyanın incəsənəti də İslama yerli ənənələrin dərin nüfuzundan xəbər verir. İndoneziya ustadları Cavi adlı yazı növünü yaratmışlar. Ərəb əlifbasına 6 yeni hərfin əlavə edilməsindən yaranmış Cavi yazısı ilə İndoneziyanın İslam irsinin tarixi nümunələri qələmə alınıb.

Müsəlman təbliğatçılar İslam tarixinin unudulmaz səhifələrini, əxlaqi dəyərləri teatr səhnəcikləri formasına salır və “vayanq” adlı kukla teatrı vasitəsilə nümayiş etdirirdilər. İndoneziyada parça üzərində zərif naxışlar çəkmək ənənəsi mövcuddur, bunu “batik sənəti” adlandırırlar. Batik ustaları islami ornamentləri parça üzərinə köçürməklə xariqüladə sənət əsərləri yaradırlar. İndoneziyanın batik sənəti UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-maddi Mədəniyyət İrsinin Şah əsərləri Siyahısına daxil edilib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

Next

Dünyanın inanılmaz 10 RESTORANI – Vampir, köpək balığı, lüt müştərilər…

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv