Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bakıda bir şəhid anası var…

By Vüsal Rafiqoğlu
14.04.2021 2 Min Read

“Evlərinin önü yonca,
Yonca qalxmış dam boyunca, dam boyunca”…

… Bakıda bir şəhid anası var.

Hər səhər erkəndən durur, oğluna çay dəmləyir, yemək hazırlayır. Sonra köynəyini ütüləyir, oğlunun sevdiyi ətiri qoyur dəhlizdəki komodun üzərinə. Ki, işə gedəndə aramasın.

Sonra oturur mətbəxdə masanın arxasında, çənəsini əlinə dayayıb gözləyir.

Səbri tükənir, səslənir:

– Haradasan, ay bala?! Gecikirsən axı, yenə güzgünün qabağındasan?

Gözləyir…

Səbri daşır, yenə çağırır:

– Bala, ay bala! Soyudu axı hər şey…

Yerindən durub, dəhlizə çıxır.

Gözləyir.

Deyinərək qayıdır mətbəxə:

– Bax, işə gecikəcək…

Oğlunu gözləyərkən telefonuna baxır.

Oğlunun sevdiyi mahnı var – “Evlərinin önü yonca”. Astaca qulaq asır.

Oğulsa gəlib çıxmır.

Gerçəkdən də, işə gecikəcək.

Ana köks ötürür, “Bu niyə belə tənbəl oldu, kimə oxşadı?” deyibən oğlunun atasını, 18 il əvvəl haqqa qovuşmuş ərini xatırlayır, “Allah sənə rəhmət eləsin, sənə bənzəyib də” söyləyib xəfifcə gülümsəyir.

Saatlar keçir.

Divardakı saata baxır. “Harada qaldı bu, iş vaxtı bitib, yenə dostları ilə kim bilir haradadı”. Oğluna zəng vurur. Çağırış, çağırış, çağırış, cavab yox.

“Götürmür telefonu, başı qarışıb yenə”.

Oğlu ilə yazışmalarına baxır.

“Mama, bəsdi də, bu uşaqlıq şəklimi yollama mənə”.

Gülümsəyir.

Şəkildə 3 yaşı var. Bağçanın qarşısındadı, skamyanın önündə. Başında ağ panama, əynində ağ köynək. Əlindən elə tutub ki. Hirslə, qəzəblə, ümidlə. Qaşlarını çatıb.

Elə o vaxtdan xoşlamır şəkil çəkdirməyi.

Hə, bu şəkildə birinci sinifə gedir. Hələ şagird deyil, məktəbin önündədi. Əlində çiçəklər, yuxulu, acıqlı, ürkək, söz desən ağlayar – ana gedəcək axı, burada tək qoyacaq onu axı.

Bax, bu şəkildə isə son zəngdi məktəbdə. Gülümsəyir. Yanaqları allanıb, eynən atası kimi.

“Mama, narahat olma. Cəbhədə deyiləm”

“Mama, hər şey yaxşıdı. Narahat olma”

“Mama, az qalıb, qayıdırıq. Narahat olma”

Oğul gecikir.

Yenə zəng vurur.

Çağırış, çağırış, çağırış.

Cavab vermir.

Divardan baxır oğul anasına.

Gülümsəyir.

Ana kim bilir neçənci dəfədir oğluna baxır, baxır, baxır, sonra durub o fotonu silir, ağlayır, pıçıldayır oğluna.
Oğlunun geyimlərini basır bağrına. Bağrındadı övladı, ətri, qoxusu, özü.

“Evlərinin önü darçın,
Fələk qoymur gözüm açım, vallah açım…”

… O evin yanından keçəndə, bu mahnını eşidəndə bilirəm ki.. Bilirəm ki, oğul anasının yanındadır.
Ananın köksündə döyünür, ürəyinin yanında…

Və hər dəfə o pəncərədən gələn, yayılan, səmaya yüksələn o mahnını eşidəndə bilirəm ki, oğul anasının yanındadı.

Ana oğlu ilə danışır.

Bakıda bir şəhid anası var.

Bakıda bir Vətən var.

Bakıda əbədi 19 yaşlı qalacaq gəncin qəlbi var.

Hərdən başınızı qaldırın, səmaya baxın.

Əbədi gənclər gülümsəyirlər bizə baxıb.

Nə xoş simaları var….

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

AFFA türkdilli ölkələrin futbol assosiasiyaları ilə anlaşdı – FOTO

Next

Ukrayna Krımla sərhəddə hərbi təlimlərə başladı

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv