Levon Ter-Petrosyan koronavirusa yoluxub
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan koronavirus testindən keçib, nəticə müsbət olub.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan “Facebook”da məlumat yayıb.
Qeyd edib ki, sabiq prezidentə profilaktik müalicə təyin olunub: “Ter-Petrosyan evdə həkimlərin nəzarəti altında müalicə olunur”.

