Sosial 

800-ə yaxın qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib – RƏSMİ

“Postmüharibə dövründə reabilitasiya müəssisələrində 800-ə yaxın qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib”.

ARANTV.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Şağan Reabilitasiya Pansionatın rəhbəri Jalə Həsənova bildirib.

Onun sözlərinə görə, 510 qazi 2370 reabilitasiya vasitəsi ilə təmin edilib:

“Müharibədə yaralanmış hərbçilərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb. 16 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib, daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb”.

O qeyd edib ki, mərkəzdə qazilərə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir:

“Müəssisədə ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlər müvafiq xidmətlərlə təmin edilir”.

Daha çox xəbərlər