Rusiyada koronavirusun iki yeni forması tapıldı
Rusiyada koronavirusun iki yeni variantının formalaşması qeydə alınıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova deyib.
Onun sözlərinə görə, ölkə ərazisində virusun Sibir variantı və şimal-qərb variantı müşahidə olunub:
“Bu mutasiyaların heç biri xaricdə qeydə alınan ştammlara bənzəmir”.
O bildirib ki, yeni variantlarla əlaqədar zəruri araşdırmalar aparılır.

