Cəmiyyət 

“Tütündən imtina et” mobil aplikasiyası təqdim olunub

ARANTV.AZ xəbər verir ki, dünyada tütündən istifadə ciddi problem olaraq qalır. Hər il 6 milyondan çox insan bu səbəbdən dünyasını dəyişir. Azərbaycanda təxminən 1,3 milyon insan tütündən istifadə edir. Ölkədə siqaret çəkən insanların yarısı 70 yaşına çatmadan dünyalarını dəyişirlər. Ona görə də tütündən istifadənin qarşısını almaq üçün ciddi mübarizənin aparılması çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri Fatoş Hande Harmancı deyir ki, əgər tütündən istifadə ilə bağlı mübarizə tədbirləri həyata keçirilməsə siqaret çəkənlərin sayı durmadan artacaq. Onun sözlərinə görə 1 saatlıq qəlyan çəkmək 100 dənə siqaret çəkməyə bərabərdir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və islahatlar Mərkəzi mübarizə üsulu kimi “Tütündən imtina et” adlı mobil aplikasiya hazırlayıb. Bu aplikasiyanı mobil telefonlara yükləməklə tütünün insan orqanizminə vurduğu ziyanla bağlı ətraflı məlumat əldə etmək olar. Mərkəzin direktoru Qəhrəman Haqverdiyev əhalinin diqqətini tütünün yaratdığı təhlükəli fəsadlara yönəltmək və bu istiqamətdə maarifləndirməni daha da genişləndirməyin vacibliyindən danışdı.

Bu sahədə görülən işlərin əsas məqsədi Azərbaycanda 2020-ci ilədək tütündən istifadə edənlərin sayını 10 faiz azaltmaqdır.

Daha çox xəbərlər