Bu bıcaqlara sahib olmaq istərdinizmi? – FOTO
“Qara Panter” bıçağı – 7.700 dollar
Dünyanın ən bahalı bıçaqlarından biri olan “Qara pantera” şam poladından hazırlanıb.Həqiqi şam poladının bütün digər metal növlərindən üstün olduğu barədə hələ də bir çox mif var, çünki deyilənlərə görə, bu metal vasitəsi ilə hər hansı bir əşyanı asanlıqla kəsmək olar. Lakin bu əfsanələrin elmi əsasları olduğuna dair bir dəlil yoxdur. Bıçaq, həmçinin bahalı daşlar ilə bəzədilib.Qoz ağacından hazırlanan dəstəyində isə panteranın başını və 2 qanadını da görə bilərsiniz. Həmin bıçağın qiyməti isə 7.700 dollardır.
“Gentak Makara” bıçağı – 12.000 dollar
1977-ci ildə Ulliam Henrinin studiyasında iki mütəxəssis Matyu Konable və Maykl Henri tərəfərindən hazırlanan bu bıçağın qiyməti 12.000 dollar civarındadır. Qeyd edək ki, bu sənət əsəri də məhz şam poladından hazırlanıb. Fərqli odur ki, bıçaq zərif qızıl naxışlar, qiymətli daşlar və nadir mineral şpinellə bəzədilib.
“Monarch Steampunk Dragon”bıçağı- 18 500 $
Bu bıçağın digər adi isə “Royal Dragon Knife” dır. Bıçaq Uilliam Henri ilə məşhur bir dəmirçi Mayk Norris tərəfindən hazırlanmışdır. Qeyd edək ki, Mark Hosht da onun yaradılmasında iştirak etmişdir. Məşhur “Monarch Steampunk Dragon” bıçağı da möhkəm Şam poladı kimi tanınan Dəməşq poladınnan hazırlanmışdır. İnanılmaz dərəcədə gözəl olan bu sənət əsərinin dəstəyi qızıl, həmçinin mis və gümüş, şpinel ilə bəzədilib. Əsl sənətkarlar tərəfindən hazırlan bu nadir bıcağın qiyməti təxminən 18.500 dollardır.
“Lace Edge” – 25.000 dollar
Bu bahalı bıçaq məşhur sənətkarlar Çad Nikols və Uilliam Henri tərəfindən hazırlanıb.Xüsusi Dəməşq poladından hazırlanan bu bıçağın üstü zərif krujevalar ilə örtülmüşdü. Bu zərif oymanın tamamlanması yüzlərlə saat çəkdi. Bıçağın sapı və oyması məşhur usta Mario Terzi tərəfindən yaradılmışdır. M.Terzi 1985-ci ildən etibarən ən məşhur şirkətlərin etibarını qazanaraq müstəqil işləməyə başladı. Onun yaratdığı “Lace Edge” bıcağının dəstəyi isə 999 əyarlı qızıl ilə bəzədilib. Bir düymə ilə açılan bıçaq, həmçinin qatlanaraq kompakt ölçüləri ala bilir.”Lace Edge”nin qiyməti təxminən 25.000 dollardır.
“Nesmuk” bıçağı- 39.600 dollar
Məşhur zərgərlər Quentin Nel və Hoffman Pieper tərəfindən hazırlanan bıçağın qiyməti təxminən 39.600 dollardır. “Nesmuk” bıçağını alan müştəriyə hədiyyə olaraq eyni üslubda hazırlanmış bir qutu və bir üzük təqdim olunur.Bu sənət əsərinin dizaynı bizi qədim zamanlara aparır. Bu formada olan ilk bıçaq 3.5 min il əvvəl hazırlanmışdır.Xüsusi karbon tərkibli bir poladdan hazırlanan bıçaq hər bir zərbəyə davamlıdır. 925 əyarlı gümüşdən hazırlanan bıçaq 8 dəyərli brilyant qaş ilə bəzədilmişdir.
“Əsrin bıçağı” – 98.934 dollar
Bu bənzərsiz bıçaq təxminən 100 minə başa gəlir.Dəyərli bıçağın hazırlanmasında Dəməşq və karbon poladından istifadə olunmuşdu. Bıçağın sapı isə 5 min illik köhnə palıddan hazırlanmışdır. Qeyd edək ki, “Boğa” kimi tanınan bu ağac bir neçə əsrlər boyu suyun altında qalmış və palıd gövdələrindən alınan ən qiymətli bir odundur. Onların gücünü bir daşla müqayisə etmək olar. Həmin bıçağın qiyməti təxminən 98.934 dollardır.
“Qianlong” ov bıçağı – 1.240.000 dollar
Bu bıçaq Qing sülaləsinin imperatoru Qianlunun mülkünə daxil idi. Bu qədim biçağın dəstəyi nadir bir antilopun buynuzundan hazırlanmışdır. Üzərində o zamanlar lazım olan diş çubuqlarının saxlandığı gizlin bir cib rast gəlmək olar. Həqiqi qızıldan hazırlanan bıçaq, həmçinin mərcan, firuzə və lazurit kimi daşlar ilə bəzədilib. Silahın qını isə kərgədan buynuzundan hazırlanmışdır.Bu bıçaq 2009-cu ildə ” Sotheby”auksionunda 960.000 dollara satılmışdır. Lakin hal-hazırda onun qiyməti 1.240.000 dollardır.
“Şərq incisi” – 2.100.000 dollar
İnsan asanlıqla “Şərq incisi”ni hansısa bir qədim ustad tərəfindən illərdir əvvəl yaradıldığına inandıra bilər, çünki bıçaq çox qeyri-adi və gözəldir. Amma əslində o,Buster Varenskinin zəhmətinin bəhrəsidir. Buster Varenski bu bıçağı yapon bir iş adamı üçün hazırlamışdı.Bıçağın sapı və bıçağı yaratmaq üçün təxminən iyirmi il çəkdi. “Şərq incisi” nin hazırlanması üçün təxminən 800 qram qızıl sərf edildi.Bıçağın səthi 153 gözəl zümrüd və doqquz almaz ilə bəzədilib. Dəstəyi isə yaşıl yeşiddən hazırlanmışdır.Hal-hazırda “Şərq incisi”nin qiyməti təxminən 2.100.000 dollardır.
“Şah Cahanın xəncəri”- 3.300.000 dollar
Bu silah məşhur tarixi şəxsiyyət padşah Şah Cahana məxsus idi. Qeyd edək ki, məşhur xəncər vaxtilə məşhur belçikalı kolleksiyaçı Jak Dezanfantın kolleksiyasının bir hissəsi idi. O,Cənub-Şərqi Asiya silahlarının pərəstişkarı idi və ömrünün 50 ilini məhz buna həsr etmişdi. 2008-ci ildə məşhur kolleksiyaçının ölümündən sonra bu qədim xəncər Londonda keçirilən “Bonhams” hərracında 3.300.000 dollara satılmışdır.
Nəsrid dövrünün xəncəri- 6.000.000 dollar
İnsan qulağına bənzər bir gövdəsilə tanınan Nesrid xəncərləri XV-XVI əsrlərdə İspaniyada çox məşhur idi. Bunlardan biri 2010-cu ildə keçirilən auksionlardan birində 6 milyon dollara satılmışdır.















