Poliklinikalarda çalışanlara əlavələr ödəniləcək: Orta tibb işçisinə 80 manat…
“Poliklinikalarda çalışan orta tibb işçisinə 80 manat, kiçik tibb işçisi üçün isə 40 manat məbləğində sabit əlavələr olacaq”.
ARANTV.AZ xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə deyib.
Onun sözlərinə görə, poliklinikalarda çalışan həkimlər (cərrah, terapevt və s.) bonus alacaq:
“Onlar əhaliyə birbaşa xidmət göstərir və buna uyğun olaraq da bonus alacaqlar. Əgər hər hansı poliklinikada Ailə Sağlamlıq Mərkəzi (ASM) formalaşacaqsa, o zaman orada çalışanlara da əlavələr alacaqlar. ASM-də rəhbər vəzifədə işləyən həkimlər 480 manat məbləğində əlavə alırlar”.

