Sosial 

Peyvənd vuran həkimlərə əlavə pul veriləcək? – RƏSMİ

Vaksinasiyada iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələr nəzərdə tutulmayıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova bildirib.

O deyib ki, yalnız koronavirusla mübarizədə iştirak edənlərə əlavələrin verilməsi nəzərdə tutulub: “Çünki vaksinasiyada iştirak edən tibb işçiləri sağlam insanlarla işləyirlər. Onlar koronaviruslu xəstə deyil. Bakıda çalışan tibb işçiləri icbari tibbi sığorta əlavəsini may ayında alacaqlar”.

Daha çox xəbərlər