Nərimanov rayonunda yol qəzası olub, gənc oğlan xəsarət alıb
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Azadlıq prospektində iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Həsənov Elşad Elşən oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona burnun sınığı diaqnozu qoyulub.

