Rusiya şirkəti Azərbaycana düyü tədarükünü artırmağı planlaşdırır
Rusiyanın “Aqrokompleks-Eksport” şirkəti 2021-ci ilin sonunadək Azərbaycana düyü tədarükünü artırmağı planlaşdırır.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu şirkətin direktor müavini Denis Brodski deyib.
Onun sözlərinə görə, Azərbaycana düyü tədarükünün 30 faiz artırılması nəzərdə tutulur: “Bu ilin sonunadək biz Azərbaycana tədarükü artıra bilərik. Düyü tədarükü həcminin indiki 5 min tondan 6,5 min tonadək artırılması planlaşdırılır”.

