Qazaxıstanda koronavirusa daha 2 284 nəfər yoluxub
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 284 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 311 400 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 265 940 nəfəri sağalıb, 3 599 nəfəri isə vəfat edib.

