Braziliyada “Sputnik V” peyvəndinin idxalına icazə verilmədi

Braziliyanın Milli Sanitariya Nəzarəti Agentliyi Rusiyanın koronavirusa qarşı istehsal etdiyi “Sputnik V” peyvəndinin ölkəyə idxalına və istifadəsinə icazə verməyib.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, müvafiq qərarı iclas zamanı Agentliyin idarə heyətinin bütün üzvləri təsdiq edib.

Agentliyin rəhbəri Antoniu Barra Torres bildirib ki, qərar hazırkı vəziyyətə və tədqiqatlara uyğun olaraq qəbul edilib.