Şəhid hərbi qulluqçumuz dəfn edilib
Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Ələkbər Əlövsət oğlu Musayev dəfn edilib.
ARANTV.AZ xəbər verir ki, onun nəşi Cəlilabad rayonunun Mollalı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Ə.Musayev Cəlilabad rayonunun Vətən müharibəsində verdiyi 97-ci şəhiddir.
Xatırladaq ki, şəhidin atası cənazə həyətə gətirilən zaman qurban kəsib.

