Prezident İlham Əliyevin Zəngilana səfərinin tarixi əhəmiyyəti
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilana səfəri fərəh, qürur hissi oyadır. Bu səfərlər işğaldan azad edilmiş Zəngilanın tarixində böyük səhifələr açır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Zəngilan şəhərinə səfəri mühüm məqamlarla yadda qaldı.
Uzun illər sürən işğala son qoyan, tarixi ədaləti bərpa edən Ali Baş Komandanımızın Zəngilana səfəri bir Zəngilanlı kimi bizi çox sevindirdi.
Prezident İlham Əliyevin Zəngilana səfəri uğurludur.
Cənab Prezident 2İlham Əliyev dərin məzmnlu çıxışında vurğuladı: “Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir”.
Hər iki toponimin mənşəyi eyni kökdən ibarətdir. Bu toponimlər Azərbaycandakı çoxsaylı türk boylarından biri olan zəngi tayfalarının adı ilə bağlıdır.
Böyük Qayıdışa Şərqi Zəngəzurun qapısı olan Zəngilandan başlandı.
Bizi sevindirən odur ki, Zəngilan rayonuna ölkə başçısının xüsusi diqqət və qayğısı var.
26 apreldə cənab Prezident İlham Əliyevin öz şəxsi “feysbuk” hesabından Zəngilandan paylaşdığı videolara dəfələrlə baxdım. Prezidentin müdrikcəsinə dediyi kimi: “Zəngilan rayonunun təbiəti çox gözəldir. Yaşıl dağlar, meşələr, çaylar. ..Adam baxdıqca baxnaq istəyir. Cənnət kimi bir yerdir. Oranı cənnət edəcəyik”.
Mən Zəngilanın gözəlliyinə 28 ildən sonra bir daha heyran oldum.
Zəngilanın cənnət olması üçün “Ağıllı kənd”layihəsinin təməl daşı qoyldu.
Zəngilanda yenidənqurma və bərpa işlərinə imza atıldı. Bu böyük Qayıdışın ilk addımlarıdır.
“Ağıllı kənd” layihəsi yeni yanaşmadır, elmi nailiyyətdir. Qarabağ ərazisinin öyrənilməsidir. Bu layihədə texnologiya, inşaat , kənd təsərrüfatı və sair inkişaf edəcəkdir.
Biz Zəngilanlılar qürur hissi keçiririk ki, “ağıllı kənd” layihəsinə bizim rayonun “Ağalı kəndi”ndən başlanılır. Həm “ağıllı kənd” termini, həm də Ağalı toponimi arasında fonetik baxımdan səslənmə də vardır. Zəngilanın tarixi kifayət qədər qədimdir. Ağalı kəndindəki kahalar ən qədim insan məskənləri hesab edilir. “Ağıllı kənd” layihəsi də ilk insan məskənlərinin olduğu məkandan başlanır.
28 il öncə uşaq yaddaşımızın ən dərin qatlarında Zəngilanın dağıdılmış evləri, uçurulmuş divarları iz salmışdır. Böyük Qələbədən sonra Zəngilandakı evimizin uçmuş divarının rəsmini gördüm. Bu məni çox kədərləndirdi. Bu gün isə daxilimdə bir qürur, sevinc hissi var. Çünki dağıdılmış rayonumuzun, kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpası həyata keçirilir.
Səfər zamanı ikinci Beynəlxalq Hava Limanının təməlinin qoyulması, Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün böyük əəhəmiyyət kəsb edir. Zəngilan Beynəlxalq Hava limanı dövlətimizin dostluq rəmzini göstərir. Beynəlxalq Hava Limanı Qarabağda beynəlxalq konfransların, tədbirlərin təşkili zamanı da öz böyük töhfəsini verəcəkdir. Bütün bunlar Zəngəzurun mədəniyyətlərarası ünsiyyətini genişləndirəcəkdir.
Ulu Öndər Heydər Əliyev demişdir: “Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var”. Zəngilanın işğaldan azad olunması bizə bəşər mədəniyyətinin töhfələrini qaytardı. Həmin abidələri erməni işğalçılarından xilas etdi.
Məlumdur ki, bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, sökülüb. Təmir-bərpa işlərində xüsusi diqqət məscidlərin, tarixi və dini abidələrin yenidən qurulması ilə diqqəti cəlb etdi.
Qeyd edək ki, XVII-XVIII əsrlərə aid edilən Zəngilan məscidin Səfəvilər dövründə tikilməsi güman edilir. Tikintidə əsasən yerli daşlardan istifadə edilmişdir. Məscidin üst tərəfində kitabə var idi.
Ölkə başçısının böyük diqqət və qayğısı sayəsində Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası işinə start verildi. Mədəni irsimizə cənab Prezident İlham Əliyev tərəfindən böyük diqqət göstərildi,
Zəngilan zəngin təbii sərvətlərə, füsunkar təbiətə malikdir. Təəssüf ki, işğal dövründə ermənilər tərəfindən Zəngilanın tarixi abidələri kimi, meşələri də böyük ekoloji terrora məruz qalıb. Zəngilanda tarixi-mədəni irsimizə göstərilən qayğının ifadəsi kimi Bəsitçay qoruğu da bərpa olunur.
Bəsitçay Dövlət Qoruğu 1974-cü ildə yaradılıb. 117 hektar sahəni əhatə edir.
Bəsitçay hövzəsində təbii Çinar meşəsi mövcuddur.
28 ildə ermənilər Bəsitçay Qoruğunda da ekoloji terror törədiblər. Mənfur düşmən qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, yandırıb. Təbiət abidəsi olan Bəsitçay qoruğunun bərpası uğurlu işlərdən biridir.
Zəngilanda həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Biz Zəngilan gəncləri hər zaman cənab Prezidentin yanındayıq.
Təranə Şükürlü,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

