Polis çətin vəziyyətə düşən qadına kömək etdi – VİDEO
Qubada köməksiz vəziyyətdə qalan qadına polis əməkdaşları yardım göstərib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Qəçrəş istirahət mərkəzi ətrafında baş verib.
Vətəndaş maşını ilə çətin vəziyyətə düşüb.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları yağan qar nəticəsində köməksiz qalan vətəndaşa kömək ediblər.
oxu.az

