Cəmiyyət 

Umayra Tağıyeva növbəti günlərin hava proqnozunu açıqladı

Növbəti 2-3 gün ərzində ölkə ərazisində hava şəraiti yağmursuz olacaq və temperatur yüksələcək.

ARANTV.AZ-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, Bakı və Abşeron yarımadasında havanın temperaturu bu gün 4-5 dərəcə yüksələcək, sonrakı günlərdə isə iqlim normasına yaxınlaşacaq.

“Küləyin hazırkı sürəti 16 mm-dən artıq deyil, Xəzər dənizi akvatoriyasında isə küləyin sürəti 3-5 m arasında tərəddüd edir. Ölkə ərazisində müşahidə edilən güclü külək artıq səngiyir”.oxu.az

Daha çox xəbərlər