730 kiloqram narkotikin sərhəddən keçirilməsinin qarşısı alındı – FOTO
Gömrük orqanları tərəfindən keçirilən uğurlu əməliyyat zamanı külli miqdarda narkotik dövriyyədən çıxarılıb.
Bu barədə Dövlət Gömrük Xidmətinin sədri Səfər Mehdiyev “Twitter” hesabında yazıb.
O bildirib ki, son iki həftə ərzində ölkəmizin cənub sərhədlərində beş fakt üzrə 730 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılıb.

