Sosial 

Yoluxma sayı azalıb: Karantin rejimində hansı yumşalmalar olacaq? – AÇIQLAMA

Azərbaycanda son günlər yoluxanların və ölənlərin sayında azalmalar müşahidə olunur. Belə ki, koronavirus infeksiyasına 1058 yeni yoluxma faktı qeydə alınıb, 2125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 23 nəfər COVID-19-dan vəfat edib. Yoluxanların və ölənlərin sayındakı azalmalar davam edərsə, hansı yumşalmalar ola bilər?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, yoluxma sayındakı azalmalar bizi aldadan göstərici ola bilər:”Çünki bu gün xəstələrin çoxu ambulator şəraitdə mülaciə olunmaq istəyir. Ona görə də rəsmi rəqəmlərlə real vəziyyəti söyləmək çətindir. Hindistan ştammının dünyanı lərzəyə saldığı bir halda biz ciddi yumşalmalara gedə bilmərik. Çünki əgər yumşalmalara gedilsə, daha ciddi problemlərlə üzləşə bilərik. Ona görə də karantin rejimi olduğu kimi saxlanılmalı, Hindistan ştammının “davranışı”na uyğun sonrakı tədbirlər həyata keçirilə və yumşalmalar ola bilər”.

Daha çox xəbərlər