20 Yanvar
20 Yanvar 1990-cı il,bu il bizim ,Azərbaycan xalqının yaddaşında Qanlı Yanvar,Qara Yanvar faciəsi kimi qalıb.Qara Yanvar faciəsi nəticəsində SSR Konstitutisiyası və Azərbaycan SSR Konstitutiyası kobudcasına pozulmuş,Azərbaycan Respublikasının suveren hüquqları taptalanmışdı.1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə,Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi.Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri,Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri,hava hücumundan müdafiə qüvvələri var idi.4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.Bütün bunlara baxmayaraq,1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu,Azərbaycan SSRI Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq,yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı..
Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.
20 Yanvar faciəsi ,onun fəsadları ,xalqımıza qarşı törədilən vəhşiliklər haqqında cox danışmaq olar.Bu gün biz Azərbaycan vətəndaşı olaraq ,nə işlər görürük,bu günün unudulmaması ücün ,məktəbli lərlə nə kimi işlər görülür? Hər il məktəbimizdə şəhidlərimizin əziz xatirəsini anılır.Məktəbimizin akt zalında şağirdlərimiz şəhidlərə həsr olunmuş şer və mahnılarla,kicik səhnəciklərlə cıxışlar edirlər . Hər il olduğu kimi bu i ldə məktəbdə “20Yanvar şəhidləri unudulmur”adlı rəsm sərgisi təşkil etmişik.Məktəblilər bu sərgidə xalqına qarşı törədilən vəhşilikləri ,öz kicik dünyası,düşüncəsi,fikirlərini əsasında kağıza köcürürlər.Məktəbimizin tədbirində qonaqlarımız,şagirdlər valideyn müəllim və məktəbimizin rəhbərləri iştirak edirlər .Hər il məktəbimizdən müxtəlif rəsm müsabiqəsinə 20Yanvar faciəsinin 28ci ,27,26,25…və s.ildönümünə həsr olunmuş,Bakı şəhərində yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20Yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda kecirilən RƏSM müsabiqəsində yer tutan Kərimova Arifə, Əbusətdar Murad,Cəlil Əliyev və s.I –II-III yerlərə və diplomlarla təltif olunublar.Bu il isə müsabiqədə məktəbimizi 7c sinif şagirdi Qasımzadə Şükür iştirak edir.Biz onunda bu il 20 Yanvar faciəsinin 29-cu ildönümündə qalib olacağına inanırıq. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar…
Nərimanov rayonu N.Tağıyev adına 212nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Müstafayeva Nailə