Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası yarışı təxirə düşdü
Bu gün keçirilməsi planlaşdırılan paytaxt məktəbliləri arasında Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası yarışı təxirə düşüb.
ARANTV.AZ-ın məlumatına görə, buna səbəb paytaxtda güclü küləyin əsməsidir.Qeyd edək ki, olimpiadada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 7 000-ə yaxın beşinci sinif şagirdinin iştirakı nəzərdə tutulmuşdu.

