Siyasət 

Hadrutda müharibədən sonra erməni kilsəsi toxunulmaz qalıb

Azərbaycanın azad etdiyi Hadrut qəsəbəsində İkinci Qarabağ müharibəsindən sonra bütün tikililər, o cümlədən erməni kilsəsi toxunulmaz qalıb.

ARANTV.AZ  Rusiyanın “İzvestiya” qəzetində dərc olunan məqaləyə istinadən xəbər verir ki, “İzvestiya” qəzetinin müxbiri Hadrut azad edildikdən sonra buraya ilk gələn xarici jurnalistlərin arasında olub:

“Artıq heç kimin yaşamadığı qəsəbədə müharibə bitdikdən sonra hər şey toxunulmaz qalıb. Azərbaycanlı hərbçilər yalnız texnikanın keçməsi üçün yolları təmizləyib və ərazinin minalardan təmizlənməsini davam etdirir”.

Daha çox xəbərlər