Şamaxı ağ örpəyə bürünüb – VİDEO
Ölkənin şimal-qərb bölgəsinə qar yağıb.
ARANTV.AZ bildirir ki, Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərinə görə, Şamaxıda ötən gün başlayan qar gün boyu davam edib.
Yanvarın 18-də, rayon ərazisində gün boyu qarlı, şaxtalı hava müşahidə olunub. Şəhərin mərkəzində beş, dağlıq ərazilərdə isə 10-15 santimetr qar yağıb.
Müvafiq qurumlar tərəfindən buz bağlayan yollar təmizlənib.