Region Xəbərləri 

Bərdə rayonunda qazi və şəhid ailələrinə qayğı davamlı şəkildə göstərilir FOTO

Bərdə rayon Qaradəmirçi  kəndindən  Vətən müharibəsi şəhidi Əhmədov Cavanşir Elxan oğlunun 20-ci yaş günü olub. Bu münasibətlə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, şöbənin böyük məsləhətçisi Ziya İsmayılzadə və Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin rayon şöbəsinin sədri Etibar Hüseynova  şəhid – əsgər Əhmədov Cavanşir  oğlunun ailəsini baş çəkmiş, ailənin çətinlikləri ilə maraqlanmış və bəzi problemlərinin həlli üçün köməkliklər göstərmişlər.

ARANTV.AZ-a verilən məlumata görə, əsgər Əhmədov Cavanşir Elxan oğlu müddətli həqiqi hərbi xidmətdə olub və sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Cəbrayıl, Qubadlı və Laçın  rayonlarının azad edliməsində iştirak etmiş  və  Laçın rayonunda gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Əhmədov Cavanşir Elxan oğlu ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə ” , “Vətən uğrunda”  və  “Hərbi xidmətə görə” medalları ilə təltif edilmişdir.

Onun atası və əmisi  1-ci Qarabağ müharibəsinin  iştirakçısı olmuşlar.

Şəhidimizin atası Elxan Əhmədov oğlunun hərbi xidmətindən və  ömür yolundan söz açmış, eyni zamanda dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq edib.

Həmçinin həmin gün  şəhid Cavanşir Əhmədovun və kəndin digər şəhidi əsgər Rəhimli Elcan Ədalət  oğlunun da qəbrləri ziyarət olunmuşdur.

Daha çox xəbərlər