Meksikada sərnişin abtobusu aşıb, 6 nəfər ölüb, 18 nəfər yaralanıb
Meksikanın Puebla ştatında ağır avtobus qəzası baş verib.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, sərxoş sərnişinin sürücüyə hücum etməsi səbəbindən idarəetmədən çıxan avtobus aşıb.
Hadisə nəticəsində 6 sərnişin ölüb, 18-i yaralanıb.
Xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.
Sərxoş sərnişin hadisə yerindən qaçmağa çalışsa da, polis tərəfindən saxlanılıb.

