Seyranın ad günü hədiyyəsi: “Hercai”
Almaniyada yaşayan müğənni Seyran İsmayılxanov doğum günündə yeni ifasını təqdim edib. ARANTV.AZ-ın məlumatına görə, sənətçi sözü və musiqisi Çelikə aid olan məşhur “Hercai” bəstəsini səsləndirib. Seyran 1995-ci ildə təqdim edilən mahnını akustik şəklində səsləndirib və bəstəyə video rolik də hazırlatdırıb. Qeyd edək ki, bəstəni ilk dəfə Çelik oxuyub. Mahnı S.İsmayılxanovun rəsmi “Youtube” kanalında təqdim olunub.

