“Repertuarı eynidir” – Mətanət Rəhimi tənqid etdi
Aparıcı Mətanət Əliverdiyeva aparıcısı olduğu “Zarafat-zarafat” verilişində müğənni-bəstəkar Rəhim Rəhimlidən danışıb.
ARANTV.AZ-ın məlumatına görə, aparıcı onu təkrarçılıqda ittiham edib və repertuarının eyni olduğunu deyib:
“Dostum da olsa inciməsin Rəhim Rəhimlini götürürəm. Onun iki il əvvəl eşitdiyim repertuarını indi də eşidirəm. Eyni sıralama gedir. Mənə artıq o maraqlı deyil. Bir rayonda olanda həmin repertuar, başqa tədbirdə olanda yenə eyni repertuar. Məncə tamaşaçını bezdirir”.
axşam.az

