X Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub
ARANTV.AZ xəbər verir ki, 10-ci Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən musiqi hadisəsinin builki repertuarı da zənginliyi ilə diqqət çəkir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən 10-cu Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqisevərlər üçün əsil bayram əhvl-ruhiyyəsi yaşadır. 10-cu Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimindən əvvəlcə Azərbaycanın 1-ci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakçılara ünvanlanan təbrik məktubu oxundu. Məktubda deyilir: “Azərbaycanda klassik musiqi sənəti hər zaman yüksək qiymətləndirilib. Şərq və müsəlman aləmində ilk opera Azərbaycanda yaranıb. Təsadüfü deyil ki, ölkəmiz regionun “musiqi paytaxtı” qeyri-rəsmi adını qazanıb. Azərbaycanda müxtəlif mədəniyyət tədbirləri keçirilir ki, Qəbələ festivalı da onların içərisində xüsusi yer tutur”. Sonra Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış edərək mədəniyyət sahəsində görülən genişmiqyaslı tədbirlərdən, prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu sahəyə göstəriyi diqqətdən danışdı.
Qəbələ Benəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədlbəyli festivalın həm də maarifçilik xarakteri daşıdığını bildirdi. O, açılış mərasiminin dahi bəstəkar Qara Qarayevin 100 illlk yubileyinə həsr olunduğunu və görkəmli bəstəkarla bağlı Nyu-York, Parisdə də tədbirlər keçirildiyinə diqqətə çəkdi. Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri səhnədə öz yerini tutdu. Fuad İbrahimovun drijorluğu ilə ilk olaraq dahi bəstəkar Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması səsləndirildi. İNTERŞUM…..
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən 10-cu Qəbələ Beynəlxalq musiqi festivalı avqustun 8-dək davam edəcək.

