Sosial 

Qəbul imtahanlarında COVİD pasportu tələb olunacaq? – AÇIQLAMA

Qəbul imtahanlarında COVİD pasportu tələb olunmayacaq.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

M.Abbaszadə bildirib ki, qəbul imtahanlarında əsasən 18 yaşından cavan olanlar iştirak edir: “Onlar isə hələ peyvənd olunmur. Öz işçilərimiz hamısı peyvənd olunub. Bizim əməkdaşlar sırasında da 68 nəfər virusa yoluxub sağalıb, 1 nəfər vəfat edib”.

Daha çox xəbərlər