“COVID-19” keçirmiş şəxslərə hansı qidalar faydalıdır?
Dietoloqlar “COVID-19” keçirmiş şəxslərin qida rasiounu ilə bağlı məsləhətlər veriblər. Hindistanın “The Pioneer” qəzetində bu barədə məqalə dərc olunub.
Mövcud epidimioloji durumda necə qidalanaq? Hansı qidalara üstünlük verək?
Dietoloq Priti Thyagi tövsiyə edir ki, yeməklərinizə taxıl kimi daha mürəkkəb karbohidratlar əlavə edin. Bundan əlavə, daha çox qatıq yeməyi, turşu və lobya yeməyi təklif edir. Mütəxəssisin fikrincə, bu cür qidalanma bağırsaq mikroflorasının bərpasına və immunitet sisteminin güclənməsinə kömək edir.
Səhər yeməyində bədənin xəstəlikdən qurtulmasına kömək edən omeqa-3 və doymamış yağ turşuları ilə zəngin olan bir ovuc qoz, balqabaq toxumu və ya badam yemək faydalıdır. Qozda çox miqdarda sink, selenyum, zülal və B vitaminləri vardır ki, bu da zəifləmiş bir bədənin normallaşmasına kömək edir.
Dietoloq Rohini Patil normal həyat tərzinə və pəhrizə dərhal qayıtmamaqla bağlı xəbərdarlıq edib. Koronavirus infeksiyası keçirənlərin sutkada səkkiz-doqquz saat yatması vacibdir, çünki virusla mübarizənin ardından immunitet sisteminin bərpa olunmağa ehtiyacı yaranır.
Həkim mümkün qədər çox maye içməyi və həddindən artıq fiziki və zehni yükdən qaçmağı məsləhət görür. Bədənin təbii su balansını bərpa etmək üçün çia toxumu və reyhanlı su içmək lazımdır.
Həkim, fitoterapevt Mixail Luşçik, immunitet sistemini gücləndirmək üçün illərdir istifadə olunan turpun indi haqsızlıqla unudulduğuna dair fikirlərini bildirib. Mütəxəssisin sözlərinə görə, bu tərəvəzdə mədə-bağırsaq traktının işini aktivləşdirən və eyni zamanda zərərli maddələrin güclü “təmizləyicisi” olan çoxlu miqdarda kükürd var.

