Kriminal 

Gəncə sakini naməlum şəraitdə bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

1986-cı il təvəllüdlü Hüseynov Rəşad Qaçay oğlu qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 35 yaşlı kişi cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər