Siyasət 

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanda onlarla insanın ölümünə səbəb olan qatar qəzası ilə bağlı başsağlığı verib.

ARANTV.AZ-ın xəbərinə görə, başsağlığı mətni nazirliyin tvitter səhifəsində yayılıb.

“Pakistanın Qotki bölgəsində baş verən ölümcül qatar qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Həyatını itirmiş 30-dan çox sərnişinin ailəsinə dərin hüzünlə başsağlığı diləyirik. Yaralananların hamısının tez bir zamanda sağalmasını arzulayırıq. Düşüncələrimiz və dualarımız qardaş Pakistanladır”, – başsağlığında vurğulanıb.

Daha çox xəbərlər