Krasnoyarsk-Bakı marşrutu ilə yeni reyslər açılır
Rusiyanın S7 aviaşirkəti Krasnoyarsk-Bakı marşrutu ilə yeni reyslər həyata keçirəcək.
ARANTV.AZ bu barədə Krasnoyarsk hava limanının mətbuat xidmətinə istinadən məlumat verir.
Uçuşlar həftədə bir dəfə, çərşənbə günləri baş tutacaq. Reyslər iyunun 23-dən etibarən başlayacaq.
Bundan başqa, Krasnoyarskdan Bakıya “Uralskie avialinii” şirkətinin reysləri də həyata keçiriləcək. Bu şirkətin uçuşları şənbə günləri baş tutacaq.
Hər iki uçuş proqramı oktyabrın sonunadək davam edəcək.

