Azərbaycanın sabiq deputatı koronavirusdan ÖLDÜ
Azərbaycan Ali Sovetinin keçmiş deputatı Hicran Kərimli Moskvada vəfat edib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Lent.az-a mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, sabiq deputatın ölümünə koronavirus səbəb olub.
Onun cənazəsi sabah Azərbaycana gətiriləcək və Bakıda dəfn olunacaq.
Qeyd edək ki, 58 yaşlı Hicran Kərimli Azərbaycan xalq hərəkatının fəallarından və bölgə liderlərindən biri olub. O, 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetində Ordubad rayonunu təmsil edib. Deputatlıq müddəti bitdikdən sonra siyasətdən uzaqlaşıb. Əvvəlcə Belarusda, sonra isə Rusiyada biznes fəaliyyəti ilə məşğul olub. Son illər Moskvada yaşayırdı.


