Tərtərdə həmyerlilərin mübahisəsi qanla bitdi
Tərtər rayon sakini həmyerlisini bıçaqladı.
ARANTV.AZ xəbər verir ki, Tərtər şəhəri ərazisində rayon sakini Faiq Həsənov aralarında yaranmış şəxsi münaqişə zəminində həmyerlisi Pərviz Hüseynovu bıçaqlayıb.
Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən Faiq Həsənov isə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Ölkə.Az

