Dünya 

Hindistanda bina uçdu: dağıntılar altında qalanlar var

Hindistanda səhər saatlarında 4 mərtəbəli bina uçub.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, Nyu Dehli ətrafında yaşayış binasının uçması nəticəsində azı 8 nəfərin dağıntılar altında qaldığı bildirilir.

Hazırda ərazidə xilasedicilər işləyirlər.

Binanın hansı səbəbdən uçması hələlik məlum deyil.

Daha çox xəbərlər