4 ayda 974 əkiz, 27 üçəm doğulub
Bu ilin yanvar-aprel aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 39728 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,1 təşkil edib. Doğulanların 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Körpələrdən 974-ü əkiz, 27-si isə üçəm doğulanlardır.

