Şuşa Bəyannaməsi ilə Cənubi Qafqazda sabitlik hökm sürəcək – Yəhudi təşkilatının prezidenti Ceyson Epşteyn
Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsinin imzalanması ölkə liderlərinin Cənubi Qafqazda sabitlik və çiçəklənməyə kömək göstərməkdə qətiyyətliliyi ilə bağlı digər maraqlı tərəflərə ismarıcdır.
ARANTV.AZ bildirir ki, bunu Trend-ə ABŞ-ın “SouthFive Strategies” yəhudi təşkilatının prezidenti Ceyson Epşteyn deyib.
O qeyd edib ki, bu sənədin imzalanması Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da möhkəmləndirir:
“Prezident Rəcəb Tayyib Ərdoğanın Brüsseldə apardığı danışıqlara baxmayaraq, onun Prezident İlham Əliyevlə görüşü bu həftənin ən vacib danışıqları olub”.

