Siyasət 

“Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksələn xəttlə inkişaf edir və strateji tərəfdaşlıq xarakteri daşıyır”

ARANTV.AZ xəbər verir ki, Rusiya ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu əməkdaşlığın əsasını qədim dostluq və mehriban qonşuluq ənənələri təşkil edir. 2019-cu ildə də ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin sürətli inkişafı üçün bütün imkanlar var. Bu fikirləri Rusiyanın tanınmış ictimai siyasi xadimləri Azərbaycan televiziyasına müsahibələrində deyiblər.

“Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksələn xəttlə inkişaf edir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Hökümətlərimiz arasında bütün səviyyələrdə qarşılıqlı əməkdaşlıq mövcuddur”. Rusiya Xarici İşlər Nazirinin müavini Qriqori Karasin Azərbaycan televiziyasına müsahibəsində belə dedi.

Azərbaycanın son illərdə qazandığı uğurlardan danışan Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina isə bildirdi ki ölkə rəhbərliyinin təşəbbüsü ilə aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanda mülki aviasiya həm elmi, həm də texnoloji cəhətdən sürətlə inkişaf edən sahəyə çevrilib.

Azərbaycanın Rusiya ilə bütün sahələrdə olduğu kimi, mədəni əməkdaşlığı da uğurla inkişaf edir. Bundan başqa Azərbaycanda rusdilli təhsilin inkişafı iki xalq arasında daha dolğun məlumatlar əldə etməyə, tədris və mədəniyyət sahəsində əməkdaşlığa şərait yaradır. Bu fikirləri isə MDB-nin Xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə federal agentliyinin rəhbəri Eleonora Mitrofanova dedi.

Rusiya Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın rektoru Yevgeni Bajanov da humanitar sahədə əlaqələrin uğurla davam etdiyini bildirdi. Diqqətə çatdırdı ki, iki ölkə liderinin mütəmadi görüşləri əlaqələrimizin uğurlu inkişafından xəbər verir.

Daha çox xəbərlər