Cəmiyyət 

Yasamal Yaşayış Kompleksində güzəştli mənzillərin ikinci seçim prosesi başa çatdırılıb

ARANTV.AZ xəbər verir ki, “Sosial evlər” in növbəti hissəsinin satışı həyata keçirilib. Bu dəfə ki, seçimdə iştirak edənlərin sayı 5 min 909 nəfər olub. Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46, 6 və 7 saylı binaları üzrə 128, ümumilikdə isə 174 mənzilinin satışı olub. Ölkə başçısının Fərmanı ilə təsdiq edilən Əsasnaməyə uyğun olaraq, satışa çıxarılan 174 mənzilin seçimi “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə edən şəxslərin sayı 10 min 242 nəfərdir.

Daha çox xəbərlər