Hadisə 

Bakıda 38 yaşlı kişi faciəvi şəkildə öldü

Ötən gün Xətai rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

ARANTV.AZ bildirir ki, bu barədə qafqazinfo-ya Xətai Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, II Zeytun küçəsi 285 nömrəli evdə yaşayan 1980-ci l təvəllüdlü Sadıqov Emin hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Polis və prokurorluq orqanları tərəfindən hadisə yerinə baxış keçirilib. Meyit ekspertizaya göndərilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.

 

Daha çox xəbərlər