Əfqanıstanda mina partlaması nəticəsində polis əməkdaşları həlak olub
Əfqanıstanın şərqindəki Qəzni şəhərində mina partlaması nəticəsində 4 polis əməkdaşı həlak olub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə zamanı daha 3 nəfər yaralanıb.
Qeyd olunur ki, polis konvoyu keçərkən yolun kənarına yerləşdirilmiş iki mina partlayıb.
Həlak olanlardan biri şəhərin polis idarələrindən birinin rəhbəri olub.

