Hadisə 

Ağdaşda “Mercedes-Benz” yük avtomobili ilə toqquşub: Ölən var

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun 262-ci kilometrliyinin Ləki qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

“Mercedes-Benz” markalı minik avtomobili ilə yük maşını toqquşub.

Baş verən hadisə zamanı “Mercedes-Benz”in sürücüsü və digər bir şəxs ölüb.

Qəza zamanı bir nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Daha çox xəbərlər