Siyasət 

İranın iqtisadiyyat və maliyyə naziri Azərbaycana gələcək

İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd Bakıya səfər edəcək.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Trend-ə İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Səfərdə iranlı naziri Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının üzvləri müşayiət edəcək.

Səfərin 14-15 martda baş tutacağı proqnozlaşdırılır.

Daha çox xəbərlər