Gündəm 

Ağdamdan Şuşaya uçan helikopterin vurulmasından 27 il ötdü

1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan “Mİ-8” mülki vertolyotunun erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulması hadisəsindən 27 il ötdü.

ARANTV.AZ xəbər verir ki, terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş verib. Hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olub.

Hadisədən iki ay əvvəl – 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “Mİ-8” vertolyotunu atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.


Ölkə.Az

Daha çox xəbərlər